Yazar: Guardian @ Aprel 25, 2009 13:50

2011-ci ilə qədər təxminən 100 min Amerika əsgəri İraqdan çıxarılmış olacaq
Fevral ayında ABŞ Prezidenti Barak Hüseyn Obama Amerika qoşunlarının İraqdan çıxarılacağı tarixi açıqladı. Belə ki, ABŞ ilə İraq hökuməti arasında əldə edilən təhlükəsizlik razılaşmasına uyğun olaraq, 2011-ci ilə qədər təxminən 100 min Amerika əsgəri İraqdan çıxarılmış olacaq, ancaq 35-50 min arasında Amerika əsgəri İraqın hərbi qüvvələrinə təlimlər keçmək və onlara dəstək olmaq üçün bir müddət də bu ölkədə qalacaq. Bələ bir vəziyyətdə İraqın təhlukəsizliyi ilə bağlı hansı problemlər ortaya çıxa bilər? Statusu bəlli olmayan bölgələrin vəziyyəti necə olacaq? Bu baxımdan Kərkük məsələsi diqqət mərkəzində olacaqdır. Çünki Kərkük İraqın həm daxili, həm də regional baxımdan təhlükəsizliyinə və sabitliyinə təsir edə bilər. Kərkük statusu hələ də müəyyən edilməyən strateji şəhərlərdən biridir. Məlum olduğu kimi, 31 yanvar 2009-cu il tarixində Vilayət Məclisinə keçirilən seçkilər Kərkük, Dohuk, Ərbil və Süleymaniyyə şəhərlərində təxirə salınıb. Bu il keçirilməsi nəzərdə tutulan siyahıyaalma və parlament seçkiləri başda Kərkük olmaq üzrə, statusu məlum olmayan bölgələrdə problemləri daha da artıracaq.
Davamı...
Yazar: Guardian @ Aprel 25, 2009 13:47

ABŞ Prezidentinin bu ziyarəti Türkiyənin Yaxın Şərq sülh prosesində və Avropa-Qərb ilə Ərəb-İslam dünyası arasındakı əlaqələrdə oynadığı rolun əhəmiyyətinin təsdiq edilməsi idi
Londonda nəşr edilən “Şarkulevsat” qəzeti
Bu gün dünyada yaşayan bir çox xalqlar, Türkiyə Prezidenti Abdullah Gülün də dediyi kimi, ABŞ-ın yeni dövlət başçısı Barak Obamaya böyük ümidlər bəsləyirlər. Corc Buş Ağ Evdən uzaqlaşdıqdan sonra əksər dövlətlər, xüsusilə də Buşun həyata keçirdiyi siyasət nəticəsində bir çox çətinliklərlə üzləşmiş ərəb və islam ölkələri rahat nəfəs aldıla
Davamı...
Yazar: Guardian @ Aprel 25, 2009 13:43

313-cü ildə Roma imperiyasında xrisitanlıq rəsmi dövlət dini kimi qəbul edildi və bununla da avropalıların həyatında yeni bir dövr başladı
Eramızın əvvəllərindən başlayaraq Avropanın müasir simasının, belə demək mümkünsə, bel sütununu təşkil edən və günümüzdə baş verən hadisələrin dolayısı ilə mərkəzində dayanan, tarixin axarını kökündən dəyişən bir hadisə baş verdi: 313-cü ildə Roma imperiyasında xrisitanlıq rəsmi dövlət dini kimi qəbul edildi və bununla da avropalıların həyatında yeni bir dövr başladı. Bu inkişaf min illər boyu avropalıların şüurunda özünə möhkəm yuva salaraq onların qeyri-xristian xalqlara qarşı həyata keçirdiyi və günümüzdə də pərdə arxasında davam etməkdə olan xaçlı yürüşlərinin əsasını qoydu.
Əslində bu günki avropalıların əcdadlarının xristianlığa münasibəti heç də bir mənalı olmayıb. Roma imperiyasının əhatə etdyi ərazilərdə, indiki Avropada, Yaxın və Orta Şərqdə, Afrikanın şimalında, bir sözlə, hər yerdə ilk dövrlərdə xristianlıq daima təqib edilir, onun tərəfdarlarına ən ağır cəzalar verilir, onlar şaqqalanır və dar ağaclarından asılırdılar. Bununla belə, eramızın əvvəllərindən başlayaraq xirstianlıq Kiçik, Yaxın və Orta Asiyada, həmçinin Qafqazda ağır-ağır olsa da yayılmağa başladı. Bu baxımdan tarixin axarını dəyişəcək ən böyük hadisə isə, şübhəsiz ki, xristianlığın Roma imperiyasında yayılması oldu. Əslində uzun əsrlər boyu dəhşətli şəkildə təqib edilən xristianlığın məhz Roma imperiyasında yayılması müəyyən tarixi amillərlə bağlıdır. Belə ki, eramızın əvvəllərindən başlayaraq Roma imperiyası tənəzzül dövrünə qədəm qoymuşdu və tədricən dağılmaqda idi. Bu da imperiyanı idarə edənləri elita və bir vaxtlar məğlubedilməz hesab edilən ordu arasında deyil, sadə xalq içində dayaq axtarmağa məcbur edirdi
Davamı...
Yazar: Guardian @ Yanvar 20, 2009 22:17
Etiraf etməliyik ki, hələ də ictimai şüurumuzda demokratik liderlərin surətləri məşhur fateh və diktatorların obrazları qədər parıltılı və yaddaqalan izlər buraxmayıb. Məgər Perikl, Kromvel, Linkoln, Xruşşov kimi xilaskarların sönük obrazlarını Makedoniyalı İsgəndər, Napoleon, Hitler, Stalin kimi paranoiklərin cəzbedici, “epik” portretləri ilə müqayisə etmək olarmı?
Bu “böyük, lakin bədəməl” insanların hər addımı, hər sözü, hər hərəkəti tarixçilər tərəfindən məftunluqla dönə-dönə təsvir olunub və indinin özündə də meşşanların ruhunu oxşamaqda davam edir. Lakin burada istisnalar da var — bu, Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin zaman ötdükcə əsatirləşən obrazıdır. Bu şəxsiyyət bizdə o qədər populyardır ki, bəzən qəzetlərimizdə hər hansı bir ingilis sitatını onun adına yazırlar.
Uinston Leonard Spenser Çörçill (1874–1965) — Britaniyaya bir sıra görkəmli siyasətçi və sərkərdələr bəxş etmiş Malboro hersoqlarının köhnə kübar nəslindəndir. Çörçill uşaq vaxtı tez-tez xəstələnir, pis oxuyurdu, buna görə atası onun üçün hərbi karyera seçir. Uinston yalnız üçüncü cəhddə kral hərbi kollecinə daxil olur, lakin təhsili əla qiymətlərlə, birincilər sırasında başa vura bilir. Hərbi qulluğa daxil olan Çörçill eyni zamanda, məqalə və esseləri oxucular tərəfindən sevilə-sevilə oxunan jurnalist kimi fəaliyyət göstərir. 1899-cu ildə Çörçill siyasətçi olmaq və çörəkpulunu qələmlə qazanmaq üçün hərbi karyeradan imtina edir.
Davamı...
Yazar: Guardian @ Yanvar 20, 2009 0:21

Azərbaycan tarixinə şəhidlərimizin qanı ilə yazılmış 20 Yanvar faciəsinin 19-cu ildönümü münasibəti ilə şəhidlərimizin ruhunu dərin ehtiramla yad edib Azərbaycan xalqına başsağlığı diləyirik.
Allah səbr versin
Ardında 20 yanvara aid yazı var buyurun oxuyun
Davamı...
Yazar: Guardian @ Yanvar 20, 2009 0:16

Proqnozlar
“Reuters” agentliyinin analizinə görə, Barak Obamanın seçkidən əvvəl verdiyi vədlərin nəticələri bu cürə olacaq:
1. Obama İraqdakı ABŞ əsgərlərini müəyyən bir vaxt ərzində, hər ay bir alay olmaqla tamamilə çıxaracağını və Əfqanıstana daha artıq əsgər yerləşdirəcəyi vədini vermişdi. Demokratlara səs verən seçici bu vədini yerinə yetirmək üçün Obamaya təzyiqlər edəcək. Ancaq Obama son hadisələri, xüsusən də ABŞ-ın son zamanlar İraqda əldə etdiyi qazancları nəzərə alaraq, bu vədini yerinə yetirərkən tələskənliyə yol verməyəcək
Davamı...
Yazar: Guardian @ Yanvar 19, 2009 23:23

Türklərin mövqeyi ərəblərin ağlından çox, onların duyğularını silkələdi.
Ərəblərin yaddaşındakı, böyük bir tarixə malik olan İslam dövləti ərəb dünyasına geri dönmək üçün qapıları döyür. Ərdoğanın İsrailə qarşı səsləndirdiyi sərt açıqlamalar təsadüfən, yaxud da boş-boşuna deyilməyibdir. Bu həm daxilə, həm də ərəb dünyasına yönəlmiş ikibaşlı bir mesajdır.
Ərdoğan yəhudilərə, onların keçən əsrlərdə avropalılar tərəfindən təqibə məruz qaldıqlarını və o zamanlar Osmanlılar tərəfindən himayə olunduqlarını xatırladaraq, bu tarixi hadisədən məharətlə istifadə etdi. Hətta Ərdoğan özünü “Osmanlı nəvələrinin lideri” kimi təqdim etməklə həm bölgə siyasətində “Osmanlı mirası”nın söz sahibi olduğunu, həm də bütün çərçivələri aşaraq bu günə qədər heç bir rəsmi adamın açıqlaya bilmədiyi ifadələri işlətdi. Buna paralel olaraq, ərəb dünyasında Qəzzəyə edilən hücumlarla bağlı Türkiyənin oynadığı sürpriz rol da diqqəti cəlb edir. Belə başa düşmək olar ki,Türkiyədə iqtidarda olan siyasətçilər ərəb bölgəsinin ölkənin strateji maraqları çərçivəsində olduğu qənaətindədirlər. Türklərin bölgəyə tarixi dönüşü isə ərəb dövlətləri arasında birliyin olmadığı dövrə təsadüf edir. Bu günə qədər bölgədə əmələ gələn vəziyyətlə bağlı ərəb ölkələri zirvəsinin keçirilməsi baş tutmur, təhlükəsizlik və siyasi problemlərlə bağlı da onlar birgə mücadilə edə bilmirlər. Bütün bunlar isə məsələ ilə bağlı ərəblərin ağır duruma düşmələrinin simvolik nümunəsi hesab edilə bilər .
Davamı...
Yazar: Guardian @ Dekabr 27, 2008 14:56

Bir yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan kütləvi etiraz aksiyaları Yunanıstanın bir çox şəhərlərini əhatə etməkdədir.
Baş verən hadisələr ölkənin siyasi təşkilatları tərəfindən birmənalı qarşılanmır. Müxalifət baş verən hadisələrin qarşısını ala bilmədikləri üçün hökuməti və hüquq-mühafizə orqanlarını ittiham edir. Hökumət isə hər kəsi soyuqqanlı və təmkinli olmağa çağırır. “Pasok” qabiliyyətsiz hökumətdən, Kommunist Partiyası qanunsuz qruplaşmalardan, Sol Birlik də (Siriza) bu hadisələrin sosial bir partlayış olduğundan bəhs edir. Bütün bu açıqlamaların isə baş verən hadisənin səbəbləri ilə heç bir əlaqəsi yoxdur.
Davamı...
Yazar: Guardian @ Dekabr 27, 2008 14:44
Somali sahillərində baş verən və bütün dünyanın diqqətini bu bölgəyə çəkən dəniz quldurluğuna adi bir hadisə kimi baxmaq doğru olmazdı.
Hadisələrin baş verdiyi ərazi böyük geosiyasi əhəmiyyət daşıyır. Bu bölgə Aralıq və Qırmızı dənizləri birləşdirməklə yanaşı, eyni zamanda buradan Qırmızı dəniz vasitəsilə həm Aralıq dənizinə, həm də Hind okeanına çıxmaq mümkündür. Eyni zamanda bölgənin Ədən körfəsi ilə Afrika burnu arasında yerləşməsi də baş verən hadisələrin təxmin etdiyimizdən daha qarışıq və mürəkkəb olduğunu göstərir.
Davamı...
Yazar: Guardian @ Dekabr 27, 2008 14:37
Çin və qlobal iqtisadi böhran
ABŞ-dan dünyaya yayılaraq böyük təşvişə səbəb olan iqtisadi böhrana çarə axtaran Qərbin üzü yenidən Çinə çevrildi.
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi beynəlxalq aləmdə tanınmış qurumlar böhrandan çıxış yolu ətrafında müzakirələr apararkən bəzi ölkələr Çinə yardım üçün müraciət etdilər. Çin isə bu müraciətlərə, sadəcə olaraq, mərkəzi bank vasitəsilə faiz dərəcələrini aşağı salmaqla cavab vermiş oldu. Çinin bu məsələdə oynadığı önəmli rol Dünya Bankının rəhbəri Robert Zoellickin qlobal iqtisadi böhrana qarşı yeni çözüm aranması ilə bağlı təklifində də yer aldı. Zoellick qlobal iqtisadi böhranın qarşısının alınması üçün “G-7”lərin iqtisadi müdaxiləsinin yetərsiz olduğunu və bu məsələdə Çin kimi inkişaf etməkdə olan ölkələrin də iştirak etməsinin vacibliyinə diqqəti cəlb etdi. Zoellickin “G-7-7” sistemi Çin, Hindistan, Meksika, Braziliya, Rusiya, Səudiyyə Ərəbistanı və Cənubi Afrika kimi inkişaf etməkdə olan ölkələrin qlobal böhrana qarşı mübarizədə iştirak etməsini nəzərdə tutur. Bu ilin oktyabr ayının 6-da Almaniyada nəşr olunan “Şpigel” dərgisində dərc edilən bir məqalədə vəziyyətdən çıxış üçün fərqli görüşlərə də yer verilib. Məqalədə qeyd edilib ki, beynəlxalq problemlərin aradan qaldırılması və qlobal iqtisadi böhrandan xilas olunması üçün ən ideal platforma ABŞ, AB və Çindən ibarət olacaq “G-3”ün qurulması ola bilər. Çinin yeni beynəlxalq iqtisadi münasibətlərdəki rolu 10 oktyabrda keçirilən “G-7”lərin toplantısında olduğu kimi, 13 oktyabrda gerçəkləşən Dünya Bankı və BVF-nin illik zirvə görüşlərində də önəmli bir fakt kimi gündəmə gəldi.
Davamı...
Yazılar cəmi: 49
Sonrakı səhifə »